Hadisə

Lalə Azərtaşın daha bir fikri müzakirəyə səbəb oldu

“Xəzər TV”də yayımlanan “Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaşın efirdə səsləndirdiyi bəzi fikirlər geniş müzakirələrə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, aparıcının verilişin efirində dedikləri sosial şəbəkə istifadəçilərinin sərt etirazı ilə qarşılanıb.
Belə ki, L. Azərtaş verilişdə boşanmalardan danışarkən bu sözləri işlədib:

“Biz ailələrin dağılmasının qəti əleyhinəyik. Bir də bu, yeni çıxıb… Qadınsan, ailən varsa, corabını da yuyacaqsan – nənələrimiz nə deyirdi?! – ayağının kirini də, suyunu da içəcəksən. Bunu nənə-babalar deyirdi ki, kişinin ayağını…”

Aparıcı səsləndirdiyi fikirlər sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə və etiraza səbəb olub.

Qeyd edək ki, L. Azərtaş daha əvvəl də Tarif Şurasının təbii qazın tarifləri ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən dedikləri ilə gündəmə gəlib:

“Son 1 ildə dünya bazarındakı bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artdı. İndi soruşuram qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir. Gecə edərsiniz bütün bunları ki, ağzınız kimi cibiniz də dada gəlsin”.

Bənzər yazılar

Back to top button