DünyaManşet

“Ukrayna Rusiyanın şərtlərini qəbul etməlidir” – Henri Kissincer

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda bəyan edib ki, Avropa Ukraynanı Rusiyanın danışıqlar şərtlərini qəbul etməyə məcbur etməlidir.

Bizimyol.info xəbər verir ki, Kissincerin “Ukrayna torpaq verməlidir” sözləri dünya mətbuatında geniş işıqlandırılıb.

Belə ki, 1970-ci illərdə Riçard Nikson və Cerald Fordun rəhbərliyində çalışmış və Soyuq Müharibə dövründə ABŞ -ın xarici siyasətinin formalaşmasında mühüm rol oynamış ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib Ki, Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün Ukrayna Rusiyanın şərtlərini qəbul etməlidir. İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən 98 yaşlı ABŞ-ın keçmiş dövlət katibi bu gün Qərb mediasında dediyi sözlər müzakirə obyektinə çevrilib.

Böyük dövlət xadimi çıxışında Qərbi Ukraynada Rusiya qüvvələrini əzmək səylərindən əl çəkməyə çağırıb və bunun Avropanın uzunmüddətli sabitliyi üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib.

Henri Kissincer
Qərbin bu anın əhval-ruhiyyəsinə qapılmasının və Rusiyanın Avropa güc balansındakı yerini unutmasının ölümcül olacağını vurğulayan Kissincer, müharibənin daha davam etməsinə icazə verilməməsi lazım olduğunu söyləyib.

“Yaxın iki ay ərzində danışıqlara başlanmalıdır. İdeal nəticə Ukraynanın neytral dövlət, Rusiya ilə Avropa arasında körpü rolunu oynaması olardı. Bu andan etibarən davam Müharibə Ukraynanın azadlığından yox, Rusiyadan gedir, hər ikisinə qarşı yeni bir müharibə olacaq.

Rusiya 400 ildir Avropanın əvəzolunmaz hissəsi və kritik dövrlərdə Avropanın güc balansının qarantı olub. Avropa liderləri bu uzunmüddətli əlaqələri gözdən qaçırmamalı və Rusiyanı Çinlə davamlı ittifaqa itələməməlidir”,- deyə vurğulayıb.

Kissincerin Ukraynanı Rusiyanın danışıqlar şərtlərini qəbul etməyə məcbur edən sözləri bu gün Qərb mediasında geniş əks-səda doğurub. Britaniyanın Teleqraf və Dailymail qəzetləri keçmiş nazirin sözlərini “Ukrayna Rusiyaya torpaq verməlidir” başlığı ilə açıqlayıb .

Xatırladaq ki, Ukrayna Dövləti Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda dünya liderlərinə videokonfrans vasitəsilə müraciət edib. Ukraynada hər gün 100-ə yaxın mülki vətəndaşın həyatını itirdiyini deyən Zelenski, “müharibə mənasız və çox axmaqdır. Bizim bir-birimizlə döyüşməyimiz üçün heç bir səbəb yoxdur. Bu, bizim üçün böyük faciədir. Var olmaq üçün mübarizə aparmalıyıq”,- ifadələrini səsləndirib.

Çıxışında Putinin dialoq qurmaqda maraqlı olmadığını iddia edən Zelenski “Putini bizim düşüncələrimiz maraqlandırmır. Kobud güc danışmır, öldürür. Rusiyanı qlobal iqtisadiyyatdan tamamilə kəsməliyik. Belə olmalıdır. Rusiya ilə ticarət yoxdur. Biz bütün ticarətin dayandırılmasını tələb edirik. Dünyanı kobud güc tətbiq edənlər idarə edə bilməz”,- deyə bildirib.

Qərb mətbuatının Kremldəki mənbələrə əsaslanaraq verdiyi məlumata görə, Moskvanın ölkədə müharibənin bitməsi üçün 6 şərti var. Rusiya bəyan edir ki, Ukrayna NATO-ya üzv olmamalı və neytrallığını qorumalıdır. Bundan əlavə 2014-cü ildə işğal olunmuş Krımın Rusiyanın tərkibində tanınmasını tələb edən Moskva Donetsk və Luqansk xalq respublikalarına da müstəqillik verilməsini istəyir.

Ukraynanın Rusiya üçün təhlükə yaradan silahlardan təmizlənməlidir deyən Moskva rus dilinin Ukraynada ikinci dil kimi tanınmasını istəyir. Rusiya həmçinin rus dilindən istifadəni qadağan edən qanunların ləğv edilməsini tələb edir.

Onu da xatırladaq ki, Rusiya Krım, Donetsk və Luqanska təzyiqlərini davam etdirsə də, Ukrayna bu bölgələrdə geri çəkilmir. Ukrayna prezidenti Zelenski sülh danışıqlarının uğurlu olması üçün Rusiyanın işğaldan əvvəl saxladığı torpaqlara qayıtmalı olduğunu bəyan edib və bunun Ukrayna üçün “qırmızı xətt” olduğunu bildirib.

Ukrayna lideri əvvəlki çıxışlarında dəfələrlə bəyan edib ki, “Rusiyaya torpaq verməkdən söhbət gedə bilməz” .

Bənzər yazılar

Back to top button