HadisəManşetÖnə çıxanlar

Üç kənd köçmək təhlükəsi ilə üz-üzə… – Diqqət Lerikə!!! (VİDEO)

Lerikin Şivlə, Biləvər və Geskön kəndləri etiraza başlayıblar.

Bu barədə AzToday.az-a rayon sakilər məlumat veriblər.

Onlar bildiriblər ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Lerikin icra başçısı Rövşən Bağırov 3 kəndi susuz qoyur.

Sakinlər bununla bağlı dəfələrlə Prezident Adminstrasiyası, “Azərsu” ASC, Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar, etirazlarını bildiriblər.

Onlar deyirlər ki, kəndlərin istifadə etdiyi “Şüpək” meşə massivindəki su qonşu kəndlərə aparılacaqsa, bu kəndlər köçmək təhlükəsi ilə üz-üzə qalacaqlar və eyni zamanda böyük bir meşə massivi də quruyub sıradan çıxacaq.

Sakinlər iddia edirlər ki, icra başçısı Rövşən Bağırov və Qorxmaz Hüseynov zorla suyu icra başçısının müavini Habil Məlikovun kəndinə aparır.

Yaxın günlərdə Prezident Adminstrasiyasına gələcəklərini deyən sakinlər qeyd ediblər ki, icra başçısı onların heç bir tələbini dinləmir, hətta zor tətbiq etməklə hədələyir.

Bənzər yazılar

Back to top button