Cəmiyyət

Azərbaycanda şirkət irqçilikdə ittiham olunur – Video

Azərbaycanda mağazalar şəbəkəsinin sosial şəbəkələrdə yayımladığı reklam postu tənqidlərə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, “Maxi.az” sonuncu paylaşımında Afrikanın azadlıq günü münasibətilə müştərilərə “qara məhsullar”da 50 faiz endirim təklif edib.

Şirkətin bu addımı qısa müddətdə sosial şəbəkələrdə gündəmə çevrilib və istifadəçilərin kəskin tənqidinə məruz qalıb.
Reklam çarxında aparıcı Xose Bernardo çəkilib.

Azərbaycan Dövlət Reklam Agentliyindən Yeniavaz.com-a verilən məlumatda bildirildi ki, Agentlik yalnız açıq məkanlarda quraşdırılan reklamlardan məsuldur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən isə bu məsələ ilə bağlı heç bir tədbir görmək səlahiyyətlərinin olmadığı bildirildi.
Qeyd edək ki, artıq şirkət sözügedən reklam postunu sosial şəbəkə hesablarından silib.

Bənzər yazılar

Back to top button