İqtisadiyyat

Fiziki şəxslərin gətirdikləri mobil telefonlara görə dövlət rüsumları ləğv edilib

Mayın 23-də baş nazir Əli Əsədov fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün gətirilən mobil qurğuların dövlət qeydiyyatı üçün dövlət rüsumunun ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Bununla da Nazirlər Kabinetinin mobil qurğuların qeydiyyatına dövlət rüsumları haqqında 2018-ci il qərarı ləğv edilib.

Xatırladaq ki, 100 dollara qədər mobil qurğunun qeydiyyata alınması üçün dövlət rüsumu 20 manat təşkil edirdi.

Digər mobil qurğuların qeydiyyatına dövlət rüsumu 30 manatdan 150 manata qədər olub.

Ən yeni model mobil telefonları (700 dollardan yuxarı) üçün rüsumun məbləği 100-150 manat təşkil edirdi.

Gətirilən qurğular bir ay ərzində poçt şöbələrində və ya “elektron hökumət” (e-gov.az) portalı və imei.az saytı vasitəsilə onlayn rejimdə qeydiyyata alınmalıdır.

Bənzər yazılar

Back to top button