Siyasət

Moskva məhkəməsi Rövşən Əsgərovu qiyabi həbs edib

Moskva Basman Rayon Məhkəməsi “Nə? Harada? Nə vaxt?” teleproqramının aparıcısı Rövşən Əsgərovu nasizmin reabilitasiyası işi üzrə qiyabi olaraq həbs edib. Bu barədə “Moskva” agentliyi məhkəmənin mətbuat xidmətinə istinadən bildirib.

Xatırladaq ki, mayın 11-də Əsgərovun barəsində axtarış elan edilib. Buna Rusiyada İkinci Dünya Müharibəsinin qəhrəmanı hesab edilən marşal Jukovun soyğunçuluğuna dair sosial şəbəkələrdəki yazısı səbəb olub.

Əsgərov nasizmin reabilitasiyası ilə bağlı ittihamları təkzib edərək, onları “cəfəngiyyat” adlandırıb.

Mayın əvvəlində Əsgərov ona qarşı cinayət işi qaldırıldıqdan sonra tarixi vətəni Bakıya qayıtmalı olub. O, Moskvada “Baku” jurnalında çalışıb və “Nə? Harada? Nə vaxt?» oyununun iştirakçısı olub.(Turan)

Bənzər yazılar

Back to top button