İqtisadiyyat

EMTA-nın nizamnamə kapitalı 1000 manatdan 7,9 milyon manata artırıldı

Energetika Nazirliyinin tabeliyində yaradılan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nizamnamə kapitalı kəskin artırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərmanında qeyd olunub.

Fərmana əsasən, agentliyin nizamnamə fondu 1 000 manatdan 7 914 367,3 manata qaldırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il dekabrın 22-də “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.

Bənzər yazılar

Back to top button