Cəmiyyət

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarəti 5350 dollara başa gələcək

Bu il Azərbaycandan Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti adambaşına 5 350 dollar məbləğində müəyyən edilib. Bu barədə Turan-a Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

İdarədə qeyd ediblər ki mayın 25-dən Həcc ziyarətinə gedənlərin sənəd qəbuluna başlanılır.

Həcc ziyarətinə getmək üçün COVID-19 üzrə iki doza vaksin tələb olunur, həmçinin uçuşdan 72 saat öncə PCR testi verilməlidir.

Pandemiya səbəbindən 2020-2021-ci illərdə Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

2019-cu ildə Həcc ziyarətinin qiyməti 4285 dollar olub.

Bənzər yazılar

Back to top button