Siyasət

Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Bakıda Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlığa dair danışıqlar aparılıb. Danışıqlarda iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri iştirak ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatlnda deyilir.

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə iki ölkənin hərbi idarələri arasında əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran mövzular üzrə hərtərəfli fikir mübadiləsi aparılıb.

Danışıqların yekunlarına əsasən Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.(Turan)

Bənzər yazılar

Back to top button