İqtisadiyyat

AZAL-ın 5-ci dəfə satışa çıxardığı helikopterlərdən biri satıldı – Qiyməti 2 dəfə aşağı salınmışdı (FOTO)

Daha əvvəl 4 dəfə açıq hərraca çıxarılan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus 3 ədəd helikopter 5-ci dəfə hərraca çıxarılıb.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda göstərilir ki, 1 ədəd “Airbus Helicopters EC-135P2” və 2 ədəd “Airbus Helicopters EC-155B1” helikopteri bu gün – 15 noyabr 2022-ci il tarixində yenidən hərraca çıxarılacaq.

“Airbus Helicopters EC-155B1” helikopterləri 2005-ci, “Airbus Helicopters EC-135P2” helikopteri isə 2009-cu ildə istehsal olunub.

Hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 1 milyon manat olacaq.

Qeyd edək ki, əvvəlki hərraclar bu ilin mart ayının 1-də, iyul ayının 21-də, sentyabr ayının 1-də və oktyabr ayının 10-da keçirilib. Əvvəlki 2 hərracda hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 2 milyon, 3-cü hərracda 1,8 milyon, sonuncu hərracda isə 1,5 milyon manat olub.

Əmlak Məsələləri Dövlət Xidmətindən yeniavaz.com-a verilən məlumatda qeyd olunur ki, bu gün satışa çıxarılan helikopterlərdən biri – “Airbus Helicopters EC-135P2” 1 milyon manata satılıb.

Bənzər yazılar

Back to top button