İdman

Di Mariyanı “Barselona”ya təklif etdilər

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariyanın agenti oyunçunu “Barselona”ya təklif edib.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun nümayəndələri Kataloniya klubunun rəhbərliyi ilə əlaqə saxlayıb və Di Mariyanın xidmətlərini təklif ediblər. Argentinalı oyunçunun PSJ ilə hazırkı müqaviləsi iyunun 1-də başa çatır, bundan sonra o, azad agent kimi başqa kluba keçə bilər. “Barselona”nın yaş məsələsinə görə yarımmüdafiəçini transfer etməkdə tərəddüd etdiyi bildirilir.

Xatırladaq ki, Di Mariya 2015-ci ildə PSJ-də oynayır.

Bənzər yazılar

Back to top button