GündəmManşetSiyasət

AŞPA yanvarın 26-da Laçın yolundakı vəziyyəti müzakirə edəcək

Strasburqda AŞPA-nı qış sessiyası çərçivəsində yanvarın 26-da deputatlar “Laçın dəhlizinin mühasirəsinin humanitar nəticələrinin aradan qaldırılması” mövzusunda müzakirələr aparacaqlar.

Avropa Şurasının mətbuat xidmətindən Turan-a verilən məlumata görə, qeyd edilən debat formatında hər hansı sənədin hazırlanması və ya qəbul edilməsi nəzərdə tutulmur.

Debatlar cümə axşamı günün ikinci yarısında – Strasburq vaxtı ilə saat 17:00-dan 20:00-a qədər keçiriləcək.

Bənzər yazılar

Back to top button