Cəmiyyət

Bu rayona 14 sm qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti pisləşib.

AzToday.az APA-ya istinadla xəbər verir ki, regionun bəzi ucqar yaşayış məntəqələrinə qar yağıb.

Qubanın Qrız kəndində 14 sm qar yağıb, havanın temperaturu mənfi 1 dərəcəyədək enib. Xınalıq kəndində qarın hündürlüyü 10 sm çatıb.

Ucqar dağ kəndlərində qar yağmaqda davam edir.

Bənzər yazılar

Back to top button