Dünya

Anjey Kasprşik ABŞ Dövlət Departamentibndə görülüb, Blinken isə COVİD-ə yaxalanıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik dünən ABŞ Dövlət Departamentində görüşlər keçirib, bu barədə TURAN-ın Vaşinqton müxbiri məlumat verib.

Məlum olub ki, Kasprşik dövlət katibinin köməkçisi Karen Donfraydla görüşüb. Digər görüşlər və onların məzmunu haqqında məlumat verilmir. Qeyd edək ki, son həftələr Ermənistan-Azərbaycan nizamlanması məsələsində Amerika və Avropa diplomatiyası həddindən artıq fəallaşıb.

Belə ki, dövlət katibi Blinken və Ermənistan XİN başçısı Mirzoyan dünən Vaşinqtonda bu məsələləri müzakirə ediblər. Bu gün məlum olub ki, Blinkenin COVİD testi pozitiv çıxıb və o, bir müddət təcrid olunmuş vəziyyətdə işləyəcək.

Bənzər yazılar

Back to top button