GündəmHadisə

Azərbaycan əhalisi niyə cılızlaşır? – Ekspertdən xəbərdarlıq

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu bir neçə gün əvvəl qeyd edib ki, uşaqların həm çəkisində, həm də boy artımında norma ilə müqayisədə azalma var. O, xəbərdarlıq edərək Azərbaycan əhalisinin cılızlaşdığını deyib. Q. İbadoğlu bildirib ki, bunu hərbi komissarlıqda və çağırış məntəqələrində tibbi müayinədən keçən uşaqlarla əlaqəli aparılmış müşahidələr də təsdiq edir. İqtisadçı bunun səbəbini uşaqların vaxtında yaxşı qidalanmaması ilə əlaqələndirib.

Bəs həqiqətən Azərbaycanda cılızlaşma gedirmi? Bunun qarşısını almaq üçün nələr etmək lazımdır?

Mövzu ilə bağlı pediatr Vaqif Qarayev “Yeni Sabah”a açıqlamasında bildirib ki, bunun səbəbi düzgün qidalanmamadır:

“Bu mövzu axır vaxtlar çox populyarlaşıb. Açığı, bir həkim olaraq, şəxsən mən elə bir tendensiya görmürəm, müşahidə etmirəm. Amma hamı bu məsələni müzakirə edirsə, demeli ortada narahatedici nəsə var. Deməzdim ki, uşaqlarda çəki əskikliyi var, əksinə uşaqlarda çəki artımı var. Amma uşaqlar niyə boydan qalsın axı? Bu ki, xəstəlik deyil. Boy əskikliyinin səbəbləri var. Boy əskikliyi olan uşaq həkim müayinəsində olur və əskikliyin tibbi cəhətdən səbəbləri öyrənilir. Lakin bəzən görürəm ki, valideynlər apteklərə üz tutaraq və yaxud həkim müayinəsində olanda deyirlər ki, uşağıma elə dərman yaz ki, onun boyu çıxsın. Bu qəti qadağandır, xüsusən də böyüyən orqanizm üçün. Əgər bir çatışmazlıq varsa, həkim bunu taparaq, kompensasiya edəcək. İkinci bir faktor irsi faktordur. Biz surətpərəst xalqıq. Biz istəyirik ki, uşaqlarımız boylu-buxunlu, toppuş olsun. Amma bunu sağlamlığa qəti aidiyyatı yoxdur. İndi xüsusi indeks var ki, onunla valideynlərin boyuna uyğun olaraq, uşağın boyunun nə qədər olması hesablanır. əgər indeksə uyğundursa, deməli heç bir problem yoxdur. Bəzən valideynlər uşaqların boylarından narahat olduqları üçün həkimə üz tuturlar və hər iki valideyn orta boyludur. Bunu valideynlərə irsiyyətlə əlaqəli olduğunu deyəndə hətta inciyirlər.

Pediatr həmçinin boy artımının normal inkişafı üçün nələrin vacib olduğunuda sadalayıb:

“Ən əsası sağlam, düzgün və keyfiyyətli qidalanmalıdır. Hər gün eyni yeməkləri uşağa vermək olmaz, xüsusən də quru və yağlı yeməklər. İndi istənilən valideyndən soruşsan, deyəcək ki, hər gün uşaq makaron yeyir. Mən bilmirəm bu makaronda nə sehr var. Uşaqların menyusunda tərəvəz, meyvə kifayət qədər olmalıdır. Ət yeməkləri də olmalıdır, amma daha tez həzm olunan ətli yeməklər. Uşağın böyüməsində zülal ən əsas rolu oynayır. Müxtəlif suplar, sıyıqlar, xüsusən də məktəbə gedən uşaqlar gündəlik sup qəbul etməlidir. Bu mövsümdə uşaqların geyiminə fikir vermək lazımdır. Üçüncüsü isə hərəkətsizlikdir. Tibbdə buna hipodinamiya deyirlər. Adətən valideynlər məktəbdən gələn uşaqları məcbur edirlər ki, otur dərsini oxu. Bu, qəbul edilməzdir. Bu uşaqların uşaqlığını əllərindən almayın.

Hərəkətsizliyin digər səbəbi də bu saat dünyada ən böyük bəla olan kompüter və telefondur. Məsələn, bunu qarşısını almaq üçün uşaqları həyətə buraxın. Uşaq bu saat dərs oxumaq istəmir, səndə onu oynamağa qoymursan. Deməli, o da gedib telefonda saatlarla oynayacaq. Uşaqların əyləncəsi üçün alternativ bir şeylər tapmaq lazımdır. Uşaqlarımız tez-tez təmiz hava qəbul etməlidir fəsildən asılı olmayaraq.

Çəki məsələsinə gəldikdə isə uşaqlarda izafi çəki mövcuddur. Bu saydıqlarımız həmçinin artıq çəkinin də səbəbləridir. Qida məsələsi bizdə çox problemlidir. Bu il Bakıda pomidor fəslində normal, təbii yetişən pomidor tapa bilmədik. Süd məhsulları uşaqların orqanizmi üçün çox vacibdir. Amma marketlər də bankalara töküb, eləcə satırlar. Çünki nəzarət yoxdur. Bu mövzuda da valideyini qınaya bilmirəm. Valideyn nə tapırsa, onu yeyir”.

Bənzər yazılar

Back to top button