İdman

Günün transfer xəbərləri: “Real Madrid” fransız ulduzu transfer dəcək

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“Sky Sports” (Almaniya) saytı: “Moskva “Dinamo”sunun çalışdırıcısı Sandro Şvarts yaxın gülərdə “Herta”nın baş məşqçisi olacaq”.

Klubun rəsmi saytl: “Andre Braytenrayter “Hoffenhaym”ın yeni baş məşqçisidir. Onunla müqavilənin müddəti 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub”.

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri: “Poqba “Yuventus”a qayıtmayacaq. O, mənə meydan oxumaqdan qorxur (gülür).”

“Sport.es” saytı: “Ferran Hutqla yay transfer pəncərəsində “Barselona”dan ayrılacaq. 23 yaşlı hücumçu bir neçə təklif alıb və karyerasını “Kamp Nou”dan kənarda davam etdirməyə hazırdır”.

“Calciomercato” nəşri: “Fiorentina” uruqvaylı hücumçu Edinson Kavanini İtaliya A Seriyasına qaytarmaq istəyir”.

Eden Hazar: “Hamı bilir ki, mənim 2024-cü ilə qədər müqaviləm var. İlk üç mövsüm çətin keçdi, amma hər kəsə bacarığımı göstərmək istəyirəm. “Real Madrid”də oynamaq həmişə mənim arzum olub”.

“The iNews”: “Çelsi” Meyson Maunta yeni müqavilə təklif edəcək. London klubu hazırda yaşadıqları bütün problemlərə baxmayaraq 23 yaşlı ingilis futbolçunun maaşını həftədə 160 min funt sterlinqə yüksəltməyə hazırdır”.

“Madridismo al dia” portalı: “Monako”nun yarımmüdafiəçisi Orelien Tçuameni “Real Madrid”ə keçir. Kral klubu gənc futbolçu üçün təxminən 80 milyon avro ödəyəcək. Yaxın günlərdə transfer rəsmiləşəcək”.

“Sky Sports” saytı: “Liverpul”un futbolçusu Sadio Mane yayda “Bayern Münhen”ə keçəcək. Transfer qiyməti 50 milyon avrodan az olacaq”.

“L’Equipe” saytı: “PSJ-nin baş məşqçisi Maurisio Poçettino 2023-cü ilin yayına qədər vəzifəsində qalacaq. Onun gedişindən sonra isə postuna hazırda “Mançester Siti”ni çalışdıran Xosep Quardiola keçəcək”.

Fanat.az

Bənzər yazılar

Back to top button