İqtisadiyyat

Həcc ziyarətinin qiyməti necə hesablanır? – Ölkələr üzrə qiymətlər

Xəbər verdiyimiz kimi, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti isə bir nəfərə görə 5 min 350 dollar və ya mövcud məzənnə ilə (1 $/ 1,7 azn) hesablandığı zaman 9 min 95 manata bərabər olur.

Yeniavaz.com xəbər verir ki, Həcc ziyarətinin qiyməti və ziyarətçilərin sayı (kvota) hər ölkə üçün fərqli olur.

Azərbaycanda Həcc ziyarətinin təşkilinə məsul olan Qafqaz Müsəlmanları İdarəsi bugünə kimi Həcc qiymətlərinin necə müəyyən olunduğu barədə açıqlama verməyib.

Lakin, Türkiyədə Diyanət İşləri İdarəsi bir neçə il əvvəl Həcc qiymətlərinin necə hesablandığı barədə açıqlama verib. İdarədən bildiriblər ki, qiymət iki ölkənin müvafiq qurumları arasında aparılan danışıqlar nəticəsində müəyyən olunur və Səudiyyə Ərəbistanın pul vahidi olan rial ilə ifadə olunur. 2022-ci ildə Türkiyənin bir nəfər ziyarətçi üçün Səudiyyə Ərəbistanına ödəyəcəyi məbləğ 16-22 min rial arasında dəyişəcək. Bugünkü (25.05.2022) məzənnə (1 $/ 16,35 lirə) ilə hesablandığı zaman bu məbləğ 3 790-5 260 dollar arasında dəyişir.

Qeyd olunur ki, ödənilən vəsaitin artıb azalması əsasən təyyarə bileti və otelin (göstərilən xidmətlərin) qiymətinə görə dəyişir və bu məbləğ ümumi xərclərin yarıdan çoxuna bərabər olur.

Digər xərclərə əsasən aşağıdakı xidmətlərə görə ödənilir:

– Viza üçün Səudiyyə Ərəbistanına ödənilən vəsait

– Ərəfatda olan zaman kondisionerli çadırlarda qalmaq üçün ödənilən vəsait
– Tibbi xidmət üçün ödənilən vəsait
– Yemək üçün ödənilən vəsait
– Bələdçi xidməti üçün ödənilən vəsait
– Ziyarətçilərə verilən əşyalar üçün ödənilən vəsait
– Qurbanlıq heyvan üçün ödənilən vəsait
Şimal qonşumuz Rusiyada Həcc qiymətləri arasında ciddi fərqlər var. Rusiyada müsəlman əhalinin yaşadığı Federasiya subyektlərində qiymətlər bir-birindən fərqlənir. Bu ölkədə ziyarətlər daha çox özəl şirkətlər tərəfindən təşkil olunur. Qiymətlər 6-9 min dollar arasında dəyişir.

Bu il bəzi ölkələr üçün Həcc qiymətləri və Səudiyyə Ərəbistanının müəyyən etdiyi kvota aşağıdakı kimidir:

Qeyd edək ki, tətbiq edilən sanksiyalar səbəbindən İran və Rusiyanın milli valyutalarının real məzənnələri Mərkəzi Bankların açıqladığı məzənnədən fərqlidir.

Bənzər yazılar

Back to top button