Cəmiyyət

Qardaşı şeyxin var-dövləti barədə suala belə cavab verdi

“Varlı adamla nüfuzlu adamı səhv salmaq lazım deyil”.

AzToday.az xəbər verir ki, bu sözləri millət vəkili Cavanşir Paşazadə Baku TV aparıcısının Allahşükür Paşazadənin Azərbaycanda kifayət qədər varlı adamlardan hesab olunmasını bildirməsinə reaksiya verərəkən deyib.

O qeyd edib ki, bu barədə heç nə deyə bilməz:

“Şeyxülislam nüfuzlu ola bilər. Onun varı da olsa, olmasa, onu mən deyə bilmərəm. Onun mətbuat katibinə zəng vurub öyrənə bilərsiniz”.

Xatırladaq ki, bir neçə gün öncə yerli mətbuata açıqlama verən Cavanşir Paşazadə Azərbaycanda özünü rəsmi olaraq milyarder elan edən heç kimin olmadığını bildirdmişdi.
Qeyd edək ki, C. Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qardaşıdır.

Bənzər yazılar

Back to top button