Hadisə

Qalmaqallı hakim təqaüdə göndərilir

Adı bir sıra sifarişli hökmlər çıxarmaqda hallanan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev təqaüdə göndərilib.

Gununsesi.info-nun xəbərinə görə, buna səbəb onun müəyyən olunmuş yaş həddinə çatmasıdır.

Xatırladaq ki, Əfqan Hacıyev bu günlərdə qalmaqallı bir hökmüylə gündəmə gəlib.
Belə ki, Əfqan Hacıyevin hökmü ilə yeddi il yarım azadlıqdan məhrum edilən vətəndaşın sonradan günahsızlığı üzə çıxıb.
Bakı Apellyasiya Məhkəməsində çıxarılan qərarla həmin şəxsin təqsirsizliyi sübut edilib və azadlığa buraxılıb.

Bundan sonra ictimaiyyət nümayəndələri Əfqan Hacıyein bilə-bilə qanunsuz hökm çıxarmasına görə cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə çıxış edib.

Xatırladaq ki, Əfqan Hacıyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərov və digər dəstə üzvlərinin, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cahangir Hacıyevin, sabiq səfir Eldar Həsənovun və gündəmdə müzakirə olunan bir neçə məhkəmə proseslərinə sədrlik edib.

Əfqan Hacıyevin icraatında olan sonuncu işlərdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işidir.

Bənzər yazılar

Back to top button