Siyasət

Azərbaycan erməni əsiri azad edə bilər

Erməni hərbiçisi Eduard Arturoviç Martirosov Ermənistana təhvil veriləcək. Bu barədə Azərbaycanın hökumətyönlü KİV-ləri qeyri-rəsmi mənbəyə istinadla məlumat yayıb. Əsir və girovların işləri üzrə Dövlət Komissiyası bu məlumatı şərh etmir.

Xatırladaq ki, Ermənistan ordusunun hərbiçisi Eduard Arturoviç Martirosov aprelin 23-də Azərbaycan dövlət sərhədini keçdikdən sonra Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbiçiləri tərəfindən saxlanılıb.

Ermənistan tərəfi Martirosovun hərbi hissədən döyüş mövqeyinə qayıdarkən yolda azıb. Ermənistan tərəfin məlumatına görə, Martirosov Ağdamda Rusiya sülhməramlılarına təhvil veriləcək. (Turan)

Bənzər yazılar

Back to top button