Cəmiyyət

Xəzər Universitetindən böyük ayıb: Kənardan yemək gətirən tələbələrə töhmət verilir (FOTO)

Xəzər Universitetinin bufetinə belə bir absurd elan yapışdırılıb.

AzToday.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.

Təhsil eksperti ironik şəkildə universitetdə yaşanan rəzalətə bu cür münasibət bildirib:

“Azərbaycan universitetlərində vəziyyətə baxın.

Töhmət nədir? Tələbəni daxili nizam-intizam qaydalarını pozduğuna görə xaric etmək, universitetin işgüzar fəaliyyətinə xələl gətirdiyinə görə məhkəməyə verib təzminat almaq lazımdır.

Ona görə də biz xarici ölkələrdən mütəxəssislər gətiririk, uşaqları xarici universitetlərə qəbul etdirik ki, maksimum dərəcədə bu anormallıqdan uzaq olsunlar.

Azərbaycan universitetlərinin Azərbaycan elmində, sənayesində, iqtisadiyyatında, səhiyyəsində hansı rolu var?
Ayıbdır, vallah ayıbdır.

Bənzər yazılar

Back to top button