Dünya

Almaniya Prezidenti Ukraynadakı vəziyyətlə bağlı kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq edib

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynadakı vəziyyətlə bağlı dünyanın müxtəlif regionlarında kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq edib.

“Report” bu barədə DPA agentliyinə istinadən xəbər verir.

“Dünyanın bir çox bölgələri, xüsusilə Şərqi və Cənubi Afrika qarşıdakı aylarda aclıq və ölüm təhlükəsi ilə üzləşir”, – Ştaynmayer deyib.

Eyni zamanda, o, Rusiyanın Ukraynadakı müharibəsinin nəticələrinin torpaqların quruduğu və münbitləşdiyi bölgələrə mənfi təsir etdiyini iddia edib.

Almaniya Prezidenti əlavə edib ki, milyonlarla ton taxılın Ukrayna limanlarında blokadada olması səbəbindən bu məhsulun dünya qiymətləri kəskin artıb.

Bununla bağlı Ştaynmayer yenidən Rusiya hakimiyyətini qoşunları Ukraynadan dərhal çıxarmağa çağırıb.

“Ukraynanın suverenliyinə hörmət edin, döyüşləri dayandırın”, – Ştaynmayer vurğulayıb.

Bənzər yazılar

Back to top button