Hadisə

Gəncədə yaşayış binasında partlayış olub, ölən var

Gəncə şəhərində beş mərtəbəli binada baş vermiş yanğın söndürülüb.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Xatırladaq ki, hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

Bənzər yazılar

Back to top button