Siyasət

“Azərbaycan Qarabağla bağlı veto qoyub” – Paşinyan

“Azərbaycan Qarabağın statusunun dəqiqləşdirilməsinə veto qoyub”.

Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 25-də parlamentin iclasında deyib.

“Madrid prinsiplərini qəbul etməklə, bu gün şəhərdə tıxaclar yaradan üç qüvvəni təmsil edən Ermənistan hökuməti Azərbaycana Dağlıq Qarabağın statusu məsələsində veto hüququ verdi. Mən (Minsk qrupu) həmsədrlərdən soruşdum ki, təzəyəm, mənə deyin, Dağlıq Qarabağ bu prinsiplər çərçivəsində Azərbaycanın tərkib hissəsi olmaya bilərmi? Qısa pauza edərək dedilər ki, hə, ola bilər, əgər Azərbaycan buna razılıq verərsə. Bu isə bizim Madrid prinsiplərilə bağlı yozumumuzu sübut elədi. Yəni, Azərbaycan Qarabağın statusunun dəqiqləşdirilməsinə veto qoyub”, – Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistan müxalifəti dünənki iclasa qatılmayıb.

Bənzər yazılar

Back to top button