Hadisə

“Paşa Sığorta” Səfərbərlik Xidmətini məhkəməyə verdi

Azərbaycanın ən böyük sığorta şirkəti olan “Paşa Sığorta” ASC Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyal Sarıyevin icraatına verilib.

Qeyd edək ki, “Paşa Sığorta” məhkəmə iddiasını sığorta müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.

Məlumat üçün bildirək ki, “Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə bağlıdır. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.

Bənzər yazılar

Back to top button