Hadisə

“Prokurorluqda 5 polkovnik tərəfindən işgəncə görmüşəm” – VIDEO

“4 gün Tərtər prokurorluğunda əlim qolum bağlı, başımda maska 5 polkovnik tərəfindən işgəncə görmüşəm. 5 polkovnik mən xanımı təpikləyərək döyürdülər”.

Yeniavaz.com “Portağal media”ya istinadla xəbər verir ki, bu sözləri “Tərtər işi”ndə zərərçəkmiş və ehtiyatda olan hərbçi Sevinc İsgəndərli deyib.

O bildirib ki, ailəsi və uşaqları ilə təhdid edildiyi üçün uzun müddət baş verənlər haqqında susub:

“Yaş yarımlıq uşağımı diz çökdürüb batinkasını kürəyinə qoyurdu. Yaş yarımlıq uşaq nə qanır dövlət nədir, dövlətçilik nədir, Vətən nədir, siyasət nədir?

4 gün Tərtər prokurorluğunda əlim-qolum bağlı, başımda maska 5 polkovnik tərəfindən işgəncə görmüşəm. Yoldaşım 18 gün ağır işgəncələr görüb və 2 ay komada qalıb. Hal-hazırda da vəziyyəti ağırdır. Hələ də ailə üzvlərini tam tanımır, hələ də bədənində “tok” verilən yerlərin izi qalır və çürümələr gedir”.

S. İsgəndərli “Tərtər hadisələri” zamanı işgəncə görən zabit Babazadə Təbrizin həyat yoldaşıdır.

Daha ətraflı reportajda:

Qeyd edək ki, 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, bir qrup hərbçinin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.

Həmin tarixdən etibarən mətbuatda “Tərtər hadisələri” kimi təqdim olunan sözügedən istintaq prosesi ilə bağlı, işgəncə, zorakılıq və ölüm iddiaları səsləndirilir.

Bir müddət əvvəl isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri yeni bir açıqlama verərək, “Tərtər işi”nin yenidən araşdırılması üçün istintaq qrupunun yaradılması ilə bağlı məlumat yayıblar.

Bənzər yazılar

Back to top button