GündəmHadisə

Kəlbəcərdə əsgər özünü öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ramal Tağıyevin odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Respublika Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib.

Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokuroluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb.

Fakt üzrə Kəlbəcər hərbi prolurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, şahidlər dindirilib.

Hazırda istintaq işi davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun bütün tədbirlərin görülməsi təmin olunacaq. (Turan)

Bənzər yazılar

Back to top button