Dünya

“Seçkilərdən sonra Putini qəbul edəcəyik” – Ərdoğan

“Biz sülhü təmin etmək üçün hər cür səy göstəririk. Rusiyasız sülh prosesinin işlək olmayacağını bildirdik. Qara dənizdə qonşumuz olan hər iki ölkə ilə dialoqumuzu davam etdiririk”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “AK Partiya” qərargahında iftar proqramında danışıb.

Prezident bildirib ki, ötən həftə onlar Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul ediblər:

“Seçkilərdən sonra Rusiya Prezidenti Vladimir Putini qəbul edəcəyik. Biz çalışırıq ki, taxıl ticarəti təhlükəsiz həyata keçirilsin. Biz Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərimizi “müharibənin qalibi sülhün uduzanı olmayacaq” şüarı ilə davam etdiririk.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri üç gün ərzində – 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.

Bənzər yazılar

Back to top button