İqtisadiyyat

Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş nazir Səlim Müslümovun vaxtında elan etdiyi müsabiqə ləğv olunub.

AzToday.az qafqazinfo-ya istinadən xəbər verir ki, müsabiqə haqda elan S. Müslümov vəzifədən azad olunmazdan bir gün əvvəl verilib. Müsabiqənin mövzusu “Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi” olub və QHT-lər üçün nəzərdə tutulub. Tədbirin mayın 4-də keçiriləcəyi elan olunub.

Lakin dünən nazirlik həmin müsabiqəni ləğv edib və bu gün rəsmi mətbuatda bu haqda elan yayıb. Tədbirin ləğv olunmasının səbəbləri açıqlanmayıb.

Bənzər yazılar

Back to top button