Cəmiyyət

Cavid Qurbanovun vəzifəsi bu şəxsə verildi

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) rəhbərlik müvəqqəti olaraq qurumun sədr müavini Hicran Valehova həvalə edilib.

AzToday.az Report-a istinadən xəbər verir ki, bununla bağlı qərar ötən gün səhmdar cəmiyyətində keçirilmiş iclasda qəbul olunub.

İclas ADY-nin Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.

H.Valehov 1968-ci ildə anadan olub, Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib, texniki elmlər namizədidir.

O, 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyində, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsində, Yol Fondu İdarəsində, “Elm-İstehsalat Mərkəzi”ndə və Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb, 2007-2015-ci illərdə “Azəryolservis” ASC-nin sədr müavini, 2015-2016-cı illərdə ADY sədrinin müşaviri işləyib, 2016-cı ildən sədr müavini təyin edilib.

Xatırladaq ki, mayın 24-də Prezident İlham Əliyevin sərəcamı ilə ADY-nin sədri Cavid Qurbanov vəzifəsindən azad edilərək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bənzər yazılar

Back to top button