Dünya

Blinkenin Lavrovla görüşü heç nəyi dəyişdirməyib – Dövlət Departamenti

Cümə axşamı ABŞ-ın dövlət katibi Entoni Blinken Hindistanda G20 nazirlərinin görüşü çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla qısa görüş keçirib.

“Bu, səkkiz dəqiqəlik, kifayət qədər qısa görüş olub. Səkkiz dəqiqə ərzində son 16 ay ərzində formalaşmış anlayışı dəyişdirə biləcək nə isə deyilə və ya çatdırıla biləcəyini düşünmürəm”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays cümə axşamı keçirilən brifinqdə bildirib.

Bu, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra diplomatlar arasında ilk üzbəüz söhbət olub. Praysın sözlərinə görə, tərəflər üç mövzuya toxunublar: Strateji Hücum Silahları haqqında yeni müqavilə, ABŞ vətəndaşı Pol Uilanın Rusiyada qanunsuz saxlanması və Ukrayna prezidenti Zelenskinin sülh təklifləri.

Dövlət katibi “bütün dünya ölkələrinin istədiyi ədalətli və möhkəm sülhə çağıran prezident Zelenskinin 10 bənddən ibarət təklifləri haqqında danışıb.

ABŞ prezident Zelenskinin təkliflərini həyata keçirməyə kömək etmək üçün əlindən gələni etməlidir”, deyə Prays Turan-ın suallarına cavabda bildirib.

“Rusiyanın bizim prezident Zelenskinin təkliflərini dəstəklədiyimizi, BMT Nizamnaməsindəki prinsiplərə inandığımızı və Ukrayna da daxil olmaqla, bütün dünyadakı tərəfdaşlarımızla birlikdə nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyimizi bilməyini vacib hesab edirik”, deyə o qeyd edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button