Dünya

Ukrayna XİN Navalnını “dost”, Putini isə “düşmən” adlandırdı

Ukrayna Xarici İşlər Nazirliyinin başçısı ölkənin Rusiya prezidenti Vladimir Putinə və Aleksey Navalnıya münasibətini “düşmənimin düşməni mənim dostumdur” deyərək ifadə edib.

“Düşmənimin düşməni mənim dostumdur. Buna görə də Navalnı Putinin düşmənidirsə, o zaman Navalnını dəstəkləyirik. Hər şey çox sadədir”, – Dmitri Kuleba Ukrayna24 telekanalının efirində deyib.

Eyni zamanda, nazir Navalnının Krımı “kolbasa sendviçi” ilə necə müqayisə etdiyini xatırladıb və həmvətənlərini rus müxalifətçisinə “valeh olmamağa” çağırıb. Nazir əlavə edib ki, “sendviçi dişlənməmiş, olduğu kimi qaytarmaq lazım gələcək”.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Rusiyada nümayişçilərə qarşı polis zorakılığını qınayıb.

Xatırladaq ki, Navalnını dəstəkləyən kütləvi koordinasiyasız aksiyalar 23 yanvarda Rusiyanın demək olar, bütün böyük şəhərlərində keçirilib.

Bənzər yazılar

Back to top button