Siyasət

“Rusiya-Azərbaycan sərhədinin qeydiyyatı başa çatmayıb” – Rus ordu generalı

“Rusiyanın Azərbaycanla dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatı üzrə işlər hələ başa çatmayıb”.

Yeniavaz.com xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini, Sərhəd Mühafizə Xidmətinin rəisi, ordu generalı Vladimir Kulişov deyib.

O bildirib ki, Rusiyanın heç bir qonşu dövlətə ərazi iddiası yoxdur:

“Rusiya beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsip və normaları əsasında dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatı prosesinin münaqişəsiz başa çatdırılması istiqamətində ardıcıl olaraq çalışır.

Rusiyanın beş dövlətlə – Ukrayna, Cənubi Osetiya, Azərbaycan, Qazaxıstan və ABŞ ilə dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatı üzrə işlər hələ başa çatmayıb”.

Vladimir Kulişov bildirib ki, Gürcüstanla dövlət sərhədinin delimitasiyası 91% tamamlanıb. Onun sözlərinə görə, 2008-ci ildən Gürcüstanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi ilə bağlı mövqeyinə görə bu iş dayandırılıb.

Bənzər yazılar

Back to top button