Dünya

Meymunçiçəyi Avropanın daha bir ölkəsində

Sloveniyada meymunçiçəyi virusuna iki yoluxma faktı təsdiqlənib.

Yeniavaz.com xəbər verir ki, hər iki yoluxmanın İspaniyaya səfərdən geri dönmüş şəxslər olduğu müəyyən edilib.

Bu barədə məlumatı İctimai Səhiyyə üzrə Sloveniya Milli İnstitutu yayıb.

İnstitutun baş epidemioloqu Mario Fafanqel bildirib ki, Kanar adalarında yoluxan şəxs Sloveniyaya gəldikdən sonra xəstəliyin əlamətləri özünü büruzə verib, hazırda pasiyentlərin vəziyyəti normaldır.

Həmçinin qeyd edilib ki, infeksiyanın əhali arasında geniş yoluxmaya səbəb olma ehtimalı aşağı qiymətləndirilir.

Yoluxmuş şəxslərlə təmasda olanların üç həftə ərzində səhhətlərində dəyişikliklərin diqqətdə saxlanması tövsiyə olunub. Yoluxmuş şəxslər isə üç həftə karantində qalmalıdırlar.

Sloveniya hökuməti yoluxucu xəstəliklərə qarşı qanunda nəzərdə tutulmuş tədbirlərin meymunçiçəyi ilə əlaqədar tətbiqi barədə qərar qəbul edib və bu virusla yoluxmanı yoluxucu xəstəliklərin birinci qrupuna daxil edib

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button