Hadisə

Vaqif Əsədov da yola salınır

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilir.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayacağı gözlənilir.

Belə ki, Vaqif Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərilir.

Əslində isə onun xidmətdə olmanın son yaş həddi ötən il başa çatmışdı. Lakin Vilayət Eyvazovun əmri ilə Vaqif Əsədov 1 il də xidmətdə saxlanılıb. İyunun 9-da isə Vaqif Əsədovun xidməti başa çatır.

Qeyd: Vaqif Əsədov uzun müddətdir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışır.

Bənzər yazılar

Back to top button