Hadisə

Minaya düşən DİN əməkdaşının ayağı amputasiya edildi

Bu gün minaya düşən Daxili Qoşunların hərbçisi ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

DİN-dən AzToday.az-a verilən məlumata əsasən onun vəziyyəti hazırda stabildir:

“Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, O, dərhal xəstəxanaya yerləşdirilmiş, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilmişdir. Hazırda vəziyyəti stabildir”.

Bənzər yazılar

Back to top button