İdman

“Neftçi” bu dəfə London “Arsenal”ına söz atdı – (FOTO)

Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubuna iki oyunda da qalib gələn (1:0, 3:0) “Neftçi” növbəti dəfə sosial şəbəkə vasitəsilə Tula təmsilçisinə söz atıb.

Fanat.Az xəbər verir ki, “ağ-qaralar” bu dəfə London “Arsenal”ını da məsələyə qatıb.

Belə ki, “Neftçi” “Twitter” səhifəsindən Rusiya təmsilçisinə təsəlli verərək, onların ölkəmizi məğlub tərk edən yeganə “Arsenal” olmadığını yazıb: “Özünüzü məzlum kimi hiss etməyin, Tula “Arsenal”ı. Siz bu il Bakıda məğlub olan yeganə “Arsenal” deyilsiniz. Doğrudu, London “Arsenal”ı? Yaxşı səyahət və yumşaq eniş edin, dostlar”.

Bənzər yazılar

Back to top button