İdman

“Barselona” ona görə iki oyunçusundan imtina etməyə hazırdı

“Ayaks”ın qapıçısı Andre Onana karyerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az “De Telegraaf”a istinadən xəbər verir ki, “Barselona” Onananın xidmətində maraqlıdı. Katalon klubu kamerunlu qolkiper qarşılığında Neto ilə yanaşı, gənc xavbekləri – Karles Alenya (“Betis”də icarə əsasında oynayır – Fanat.Az), Riki Puç və ya Aleks Kolyadodan birini təklif edib.

Daha əvvəl Amsterdam təmsilçisinin Onanaya görə 40 milyon avro tələb etdiyinə dair xəbərlər yayılmışdı.

Bənzər yazılar

Back to top button