İdman

“Liverpul” Mane üçün 30 milyondan çox tələb edəcək

“Liverpul” futbolçusu Sadio Maneni 30 milyon avroya satmaq fikrində deyil.

Qol.az “The Athletic”ə istinadən xəbər verir ki, mersisaydlılar Almaniya mətbuatında daha əvvəl yazılan bu məbləğdən qat-qat böyük məbləğ tələb edəcəklər .

“Bavariya” seneqallı yarımmüdafiəçini transfer etmək üçün favorit olaraq qalır. Lakin hələlik futbolçu üçün rəsmi təklif göndərilməyib. Mane özü isə “Liverpul”dan ayrılmaqda qərarlıdır.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2016-cı ildən “Liverpul”da çıxış edir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button