Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısı oğlu Əli Əsədullayevə yüksək vəzifə verilib. Criminal.az saytının əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazov şeyxin bacısı oğlunu Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə rəis təyin edib.
Əli Əsədullayev bir neçə gün əvvəl Nərimanov rayon Mühafizə İdarəsinə rəis müavini göndərilən Nasir Babayevin yerinə təyinat alıb. Əsədullayev 13-cü polis bölməsinə rəis müavini 2019-cu ildə təyin edilmişdi. O, həmin bölmənin o vaxtlar rəis müavini işləyən, ölkədən qaçarkən həbs edilən Mehman Əsədovu əvəzləmişdi.
Ə.Əsədullayev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğludur. Bundan əvvəl Bakının müxtəlif polis bölmələrində çalışıb.