Dünya

“Eurovision”un ukraynalı qalibi PUA almaq üçün kuboku satdı

“Eurovision 2022” mahnı müsabiqəsinin ukraynalı qalibi Kaluş Orkestri birinciliyə görə ona verilən kuboku satıb.

Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, o bunu Ukraynadakı müharibədə istifadə olunması üçün pilotsuz təyyarələr almaq məqsədilə edib.

K. Orkestri “Eurovision” kubokunu feysbukda hərraca çıxarıb və 900 min dollara satıb.

Ukraynalı teleaparıcı Sergey Pritula kubokun satışından əldə edilən pulun Ukrayna istehsalı olan üç PD-2 pilotsuz təyyarəsinin alınmasına sərf ediləcəyini açıqlayıb.

Xatırladaq ki, bu il mayın 14-də İtaliyanin Turin şəhərində keçirilən 66-cı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin qalibi 631 səslə bütün rəqiblərini qabaqlayan Ukrayna komandası olub.

Qeyd edək ki, “Avroviziya”da Azərbaycan da daxil olmaqla 6 ölkədən olan münsiflər səsvermə hüququndan məhrumediliblər. Buna səbəb kimi, 2-ci yarımfinalda Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinodan olan altı münsifin bir-birini aydın şəkildə üst sıralarda yerləşdirməsi göstərilib.

Bənzər yazılar

Back to top button