Siyasət

Qarabağda vəziyyət qeyri-müəyyən və gərgin olaraq qalır

Separatçıların lideri Arayik Arutyunyanın Ağdamdan keçən yolun açılmasının zəruriliyi və Azərbaycanla təmaslar barədə bəyanatı Qarabağ əhalisinin bir hissəsinin gözlənilən etirazına səbəb olub.

Bunun ardınca onun əleyhdarları Ağdam yolunun açılmasının yolverilməzliyi və “müstəqillik, ya ölüm” şüarından əl çəkmədən “sona qədər möhkəm dayanmağın zəruriliyi” barədə bəyanatlar verdi.

Etiraz hərəkatının lideri növbəti dəfə Arutyunyanı xəyanətdə və Azərbaycanla barışıq planlarının mümkünsüzlüyündə ittiham edən rusiyalı biznesmen Ruben Vardanyandır.

Onu “parlamentin” rəhbəri, daşnak David İşxanyan dəstəkləyib və o, yerli təhlükəsizlik qüvvələrini Arutyunyan tərəfdarlarının “antikonstitusiya” hərəkətlərini dayandırmağa çağırmağa çalışır.

Nəhayət, Bakı ilə, lakin Rusiyanın vasitəçiliyi ilə təmasların mümkünlüyünü açıqlayan “hökumət”in başçısı Qurgen Nersisyan da çıxış edib. O, azərbaycanlılarla onların ərazisində görüşməyin təhlükəsiz olmadığını və sülhməramlıların nəzarətində olan ərazidə belə bir görüşün keçirilə biləcəyini də bildirib.

Arutyunyanın tərəfdarları hələ də gözləyirlər və əvvəllər söz verildiyi kimi qəti addım atmırlar. Tərəflərin hansının hücuma birinci keçəcəyini yaxın gələcək göstərəcək.(Turan)

Bənzər yazılar

Back to top button