Dünya

Tramp kitabına görə Boltonu “cansıxıcı axmaq” adlandırdı

ABŞ Prezidenti Donald Tramp keçmiş Milli Təhlükəsizlik müşaviri Con Boltonu “çox cansıxıcı axmaq” adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu, Boltonun Ağ Ev rəhbərini tənqid etdiyi kitabın çapı ərəfəsində baş verib.

Twitter-də Tramp “gicbəsər Con Boltonun son dərəcə cansıxıcı (New York Times) kitabı”nın ancaq yalanlardan ibarət olduğunu yazıb. O, keçmiş məsləhətçinin işdən çıxarılana qədər Amerika lideri haqqında çap mediasında xeyli tərifli sözlər söylədiyini xatırladıb.

“Yalnız döyüşmək istəyən cansıxıcı axmaq”, – deyən Tramp əlavə edib ki, Bolton ona tapşırılan işi heç vaxt başa düşmürmüş, ona görə də vəzifədən “rədd edilərək təhlükəsiz şəkildə uzaqlaşdırılıb”.

Bənzər yazılar

Back to top button