Mədəniyyət

“Ən ağıllı, ən savadlı adamlar xaricə gedirlər, bu pisdir”

“Bu da bilirsiniz, pisdir də. Ən ağıllı, ən savadlı adamlar xaricə gedirlər”.

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayev Yeniavaz.com-a müsahibəsində deyib.

“Burada bizim nə qədər çox savadlı gənclərimiz olsa o qədər yaxşıdır. Kapitalizm belədir ki, hərə öz işi ilə məşğuldur. Bəlkə də bu daha düzgündür ki, hərə öz işi ilə məşğul olsun. Mühəndis öz işi ilə, həkim öz işi ilə… Amma ziyalılığın ilk şərtlərindən biri ədəbiyyata bələd olmaqdır. Ədəbiyyat insan yetişdirir. Ona görə də, mənə elə gəlir ki, ədəbiyyata maraq olmaması kapitalizmin mənfi cəhətlərindən biridir”-deyə o qeyd edib

Bənzər yazılar

Back to top button