Cəmiyyət

“Azərcell”dən şikayət: Abonent müraciətlərinə baxılmadığını bildirir

Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov “Azərcell”dən şikayətçidir.

AzToday.az xəbər verir ki, şikayətçi “Azərcell”in müştəri xidmətlərinin müraciətlərinə baxmadığını və onu yola verməklə məşğul olduğunu bildirir:

“Bir neçə il əvvəl iki nömrəm – 0775948918 və 0775949031 nömrələrində(“Azərfon”dan “Azərcell”ə daşınan nömrələrdir – red) 12 manatlıq MNP təyin olunmuşdur. Bir neçə gün bundan əvvəl call center-ə müraciət etdikdə operatorlar gah hər iki nömrədə MNP paketin mövcud olduğunu, gah da 0775948918 nömrəsində mövcud olmadığını yalnız 0775949031 nömrəsində mövcud olduğunu bildirirdilər. Yəni bir operatorun verdiyi məlumat ilə digərinin verdiyi məlumat, həmçinin onlayn müştəri xidmətlərinin verdiyi məlumat üst-üstə düşmürdü.

Bir neçə gün bundan əvvəl call center-ə zəng etmişdim operator 0775948918 nömrəsində 12 manatlıq MNP paketin mövcud olmadığını 0775949031 nömrəsində MNP paketin mövcud olduğunu bildirdi. Operator həmçinin bildirdi ki, 0775948918 nömrəsində istəsəniz Sərbəst tarifə keçə bilərsiniz. Məndə Sərbəst tarifinə keçdim. Bir gün sonra call center-ə müraciət etdikdə operator bildirdi ki, sizin hər iki nömrəniz də 12 manatlıq MNP paket mövcuddur, istəsəniz aktivləşdirə bilərsiz. Mən sizə haqlı olaraq şikayət etdiyimi dünən mənə 0775948918 nömrəsində 12 manatlıq MNP paketin mövcud olmadığını yanlız 0775949031 nömrəsində 12 manatlıq MNP paketin mövcud olduğu məlumatının verildiyini bildirdim, operator şikayətimi qeydə aldığını bildirdi, sonra mən Onlayn Müştəri Xidmətlərinə müraciət etdim onlar bu məsələdən şikayətimi qeydə aldılar, həmçinin bildirdilər ki, bir neçə dəqiqə bundan əvvəl call center-ə zəng etdikdə operator heç bir qeydiyyat aparmayıb. Saat 17:32-də Azercell-dən zəng gəldi telefonum o biri otaqda olduğu üçün eşitmədim, sonradan Azercell-dən bir cavabsız zəng olduğunu görüb dərhal geri call center-ə zəng etdim operator zəng tələbimi qeydiyyata əlavə etdiyini, sabah sizinlə əlaqə saxlanılacaq cavabını verdi. Saat 12:55-də Azercell-dən zəng gəldi, dərhal cavab verdim “adboy” getdi və dərhal geri call center-ə zəng etdim, operator artıq sizə zəng olunduğunu təkrar zəng tələbimi qeydə ala bilməyəcəyini bildirdi. Onlayn Müştəri Xidmətlərinə müraciət etsəmdə, 1 saat mənimlə əlaqə saxlanılsın tələbimə baxmayaraq onlarda zəng tələbimi qeydə almaqdan imtina etdilər. Ümumiyyətlə Azercell-in Müştəri Xidmətlərindən şikayətçiyəm, son vaxtlar operatorlar əksər xidmətlərdə uyğunsuz məlumat verilir, hansısa xidmətdə müraciətimi qeydə aldıqlarını bildirsələrdə, sonradan qeydə almadıqları üzə çıxır, əksər müraciətlərimlə bağlı geridönüş edilmir, son vaxtlar operatorlar xətdə gözləyən abunəçi sayının çox olduğunu əsas gətirərək əlaqəni kəsməyə cəhd göstərirlər. Birincisi xətdə gözləyən abunəçi sayının nə mənə nədə başqa bir abonentə adiyyatı yoxdur. Xətdə gözləyən abunəçi sayı çoxdursa, şirkət zəhmət çəksin operator sayını artırsın. Bundan başqa Azercell-in şəbəkəsi də normal tutmur bizim yaşadığımız ərazidə Sumqayıt şəhəri 9-cu mk/rayon, ev 10/27, mənzil 8 ünvanında hələ 2015-ci ilin yayından 3G şəbəkəsi bərbad vəziyyətdədir, o vaxt bizim əraziyə gəlib ərazini yoxladılar problem öz təsdiqini tapdı və cavab vermişdilər ki, yaşadığınız ərazidə çətinlik aşkar olunub növbəti mərhələlərdə stansiya quraşdırılacaq o vaxtdan 7 ilə yaxındır nə vaxt müraciət edirəm eyni cavab verilir. Bu ilin əvvəlində isə yaşadığım ərazidə 4G şəbəkəsində də eyni problem yaşandı, bununla bağlıda müraciət etsəmdə indiyədək cavab verilməyib. Ümumiyyətlə nəyinki yaşadığım ərazidə Sumqayıtın və Bakının əksər ərazilərində 3G şəbəkəsi bərbad vəziyyətdə tutur. Bundan başqa Azercell tarifləri hər il sürətlə artır ən son Aprelin 15-də Bölgə tarifində və limitsiz internet paketləri kəskin şəkildə bahalaşdı. Onsuzda heç kimə sirr deyil ki, ölkədə mobil danışıq və internet tarifləri digər ölkələrlə müqayisədə azı 3-4 dəfə bahadır. Ölkəyə indiyədək bütün dünyada fəaliyyət göstərən Vodafone, Orange, T-Mobile, MTS, Beeline ve s. mobil operatorlar buraxılmır. Əslində bütün problemlərin kökündə də məhz inhisarçılıq və monopoliya dayanır. Rabitə Nazirliyi illərdir İKT sahəsindəki problemləri sadəcə seyr edir. Ümumiyyətlə Rabitə Nazirliyinin varlığı ilə yoxluğu arasında bir fərq yoxdur”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button