Dünya

“Nissan”ın keçmiş rəhbəri Karlos Qon Yaponiyadan qaçdı (SƏBƏB)

“Nissan”-“Renault”-“Mitsubishi”nin keçmiş rəhbəri Karlos Qon Yaponiyadan qaçıb.

Qaynarinfo “Kommersant”a istinadla xəbər verir ki, o, bu addımı Yaponiyada maliyyə fırıldaqçılığında ittiham olunduğuna görə atıb.

Qon Livana qaçıb. O livanlıdır, valideynləri bu ölkədə yaşayır. Dekabrın 31-də Qon Livanda olduğunu təsdiqləyib və Yaponiyadan “haqsız və siyasi təqiblərdən” qaçdığını bildirib. Livanın Yaponiya ilə ekstradisiya müqaviləsi yoxdur.

Qeyd edək ki, Karlos Qon Yaponiyada 2018-ci ilin noyabr ayından bəri istintaq altındadır. Həmin vaxt “Nissan” şirkəti idarə heyətinin sədri Qonu maliyyə fırıldağında günahlandırıb, daha sonra “Renault” və “Mitsubishi” ittihamlara qoşulub. O, iki dəfə 1,5 milyard yuan (13,8 milyon dollar) girov müqabilində sərbəst buraxılıb. İndi o bu pulu itirmək riski altındadır.

Bənzər yazılar

Back to top button