Siyasət

Rövşən Əhmədli də Milli Şuradan istefa verdi

“Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın sədri Rövşən Əhmədli Milli Şuradan istefa verib.

AzToday.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə R. Əhmədli “Facebook” səhifəsində məlumat yayıb.

Bildirib ki, son zamanlar Milli Şuranın Koordinasiya Mərkəzində baş vermiş arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti onu dərindən narahat edib.

“Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm. Milli Şurada qalmağı mümkünsüz, faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm”.

Qeyd edək ki, daha öncə Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfərov Milli Şuradan istefa veriblər.

Bənzər yazılar

Back to top button