Siyasət

Bakı və Yerevan Avropa İttifaqının təşəbbüsünü dəstəkləməlidir – Stefan Şennak

AŞPA Ermənistan-Azərbaycan sərhədində vəziyyətdən, atəşkəs rejiminin pozulmasından narahatdır. Bu barədə Azərbaycanlı jurnalistlərlə söhbətində AŞPA-nın mətbuat azadlığı üzrə məruzəçisi Stefan Şennak (Stefan Schennach) bildirib.

Xalqların bir-birinə qarşı nifrətinə son qoyulmalıdır, əks halda sülh sazişinin bağlanması qeyri-mümkün olacaq, deyə o qeyd edib.

“İndi Azərbaycan Ermənistan ərazisinə hücum edib. Azərbaycan qüvvələri oradan çıxarılmalıdır. Öz növbəsində, Ermənistan tərəfi bütün minalanmış sahələrin xəritələrini verməlidir, o, bütün xəritələri verməyib, bu da çox sayda insanın həlak olmasına gətirib çıxarıb”, deyə məruzəçi bildirib. O, həmçinin bütün erməni əsirləri qaytarmağa çağırıb.

Praqadakı görüşün yekunlarını şərh edən Şennak Bakını və Yerevanı “bir-birinə qarşı açıq olmağa” çağırıb. Rusiyanın bu gün konstruktiv vasitəçi olmaq iqtidarında olmadığını nəzərə alaraq, Ermənistan və Azərbaycan Avropa İttifaqının münaqişənin dinc həlli yolunun tapılması üzrə təşəbbüsünü dəstəkləməlidir.

“Kağız üzərində qeyd edilənlər çox yaxşıdır, bunların hamısını həyata keçirmək lazımdır”, deyə Şennak bildirib. (Turan)

Bənzər yazılar

Back to top button