Cəmiyyət

ÖLKƏDƏ TİBBİ SIĞORTANIN ADI VAR, BƏS ÖZÜ? – PROFESSORDAN AÇIQLAMA

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlansa da, bu sahədə ciddi nəticələr əldə olunmayıb. Hazırda tibbi sığorta formallıq daşıyır, yenə “köhnə hamam, köhnə tas” qaydaları hökm sürür.

Tia.az-a danışan professor, tibbi ekspert Adil Qeybullanın sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı hazırda xeyli nöqsanlar görülməkdədir. Professor bildirib ki, ümumiyyətlə, icbari tibbi sığorta ilə bağlı hazırda proses davam etməkdədir:

“Xüsusilə vurğulamaq lazımdır ki, bu prosesdən xeyli yararlananlar da var. Demirəm ki, hər şey idealdir, xeyli yanlışlıqlar, nöqsanlar görülməkdədir. Lakin biz nəzərə almalıyıq ki, bu ilk təcrübədir və belə nöqsanların olması təbiidir. Əlbəttə, imkan daxilində bunlar aradan qaldırılmalıdır. İlk növbədə həkimlərin fiksə olunmuş maaşı məsələsi həll olunmalıdır”.

A.Qeybulla deyib ki, digər tərəfdən, işin təşkili məsələsi düzgün qurulmalıdır: “Həmçinin icbari tibbi sığorta paketinə cəlb olunmuş xəstələrin bütün məsələləri tez-tez mətbuatda şərh olunmalı, kütləvi informasiya vasitələrində insanlara xidmətlər haqqında geniş məlumatlar verilməli, bir sözlə, proses intensivləşməlidir”.

Bənzər yazılar

Back to top button