İdman

Kəmaləddin Heydərovun federasiyasında toplantı – İstefa gözlənilir

Yaxın günlərdə Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi toplantı keçirəcək.

Fanat.az-ın əldə etdiyi məlumata görə, yığıncaqda böyüklərdən ibarət yığma komandanın son Avropa çempionatındakı zəif çıxışının səbəbləri müzakirə olunacaq. İngiltərənin Mançester şəhərində keçirilən qitə birinciliyinə 13 idmançı ilə qatılıb cəmi bir bürünc medal qazanan millinin məşqçilər heyətində dəyişikliklər olunması istisna edilmir.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Bənzər yazılar

Back to top button